...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5 - də saat 13.55 - dən 14.25 - dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 10.10 - dan 10.35 - dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 6 - da saat 01.10 - dan 01.41 - dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti