...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2008 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15 - də saat 00.35 - dən 00.40 - dək və 05.00 - dən 05.30 - dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20 -dən 02.40 - dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti