...

Qarabağ münaqişəsi üzrə Madrid təkliflərinə yenidən baxılmayıb – Ermənistan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2008 15:11 (UTC +04:00)

Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin "Madrid təklifləri"nə heç bir dəyişiklik və ya əlavə edilməyib, - Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Madrid prinsiplərinə əlavə və ya dəyişikliklərin edilməsi barədə söhbətlər həqiqətə uyğun deyil. Bu prinsiplərə daxil edilmiş müxtəlif məsələ və aspektlərin müzakirəsi prosesində əlavə təkliflər edilir, artıq bir şey yox. Madrid təkliflərinin özündə heç bir əlavə və dəyişiklik yoxdur", - nazir bazar ertəsi mətbuat konfransında bildirib, - Novosti-Armeniya xəbər verir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri 2007-ci ilin noyabrında Madriddə Ermənistan və Azərbaycan prezidentlərinə, nəzərdən keçirilmək üçün Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının baza prinsiplərini təqdim ediblər. Həmsədrlər "Madrid təkliflərini" ədalətli və balanslaşdırılmış hesab edirlər.

Ermənistanın xarici siyasət idarəsinin başçısı guya Ermənistan XİN-in "Madrid təkliflərinə" dəyişiklik edən sənəd alması barədə xəbərin həqiqətə uyğun olmadığını qeyd edib.

Nazirin sözlərinə görə, "XİN yalnız Madrid təkliflərinə toxunan kağız alıb və burada təklifin mahiyyətinə dəyişikliklər edilməsindən söhbət getmir". Nalbandyan inandırıb ki, danışıqlar prosesi zamanı əldə  xeyli belə kağız olur.

"Bütün kağızları açıqlasaq, danışıqlarda məna olmayacaq. Danışıqlar kağızlar vasitəsilə aparılacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları, ATƏT-in XİN rəhbərlərinin Helsinki Bəyanatında və ATƏT MQ - nin həmsədrlərinin bəyanatında göstərildiyi kimi, Madrid prinsipləri əsasında aparırıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti