...

ATƏT-in bu il qoşunların təmas xəttində keçirdiyi ilk monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bərdə, 14 yanvar/ Trend , müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il qoşunların təmas xəttində ilk monitorinq keçirilib.

Yanvarın 14-də Azərbaycanın Tərtər və Ağstafa rayonları arasında yol qoşunlarının (Tərtər rayonu) təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend -un bölgə müxbiri xəbər verib.

Məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirib.

Beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberli keçirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti