...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2009 09:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 16-da saat 18.10-dan 18.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- yanvarın 16-dan 17-nə keçən gecə saat 23.45-dən 00.16-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti