...

Islam Konfransı təşkilatının illik toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2009 16:42 (UTC +04:00)

Azərbaycan parlament nümayəndə heyətinin təkidi ilə İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKTPİ) fevralın 18-də Nigerin Niamey şəhərində keçiriləcək illik sessiyasının gündəliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ salınınıb-məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.  
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, İKT Pİ-da Azərbaycan parlament nümayəndə heyətimizin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirib ki, sessiyada münaqişənin hələ də nizamlanmaması, o cümlədən Xocalı faciəsi ilə bağlı məlumatlar yayılacaq.
Bundan başqa, G.Baxşəliyeva sessiyadakı çıxışında İKT-in üzvü olan dövlətlərin Ermənistanla hər hansı əlaqənin yaradılmasının yolverilməzliyinin, mövcud əlaqələrin dərhal kəsilməsinin, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdıracaq.
Sessiyanın sonunda qəbul olunacaq bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəalar da əksini tapacaq.
Toplantıda, islam həmrəyliyinin artırılması, İslam Valyuta Fondunun yaradılması, eləcə də Qərbin ikili standartlarının Şərq üçün yaratdığı təhlükə və digər məsələlər də diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti