...

Rəsmi Bakı İrəvanı öz bəyanatlarında regional sabitliyə təhlükə olan ölkənin adını dəqiq söyləməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir E.Rüstəmov/ Rəsmi Bakı İrəvanı öz bəyanatlarında regional sabitliyə təhlükə olan ölkənin adını dəqiq söyləməyə çağırır.

"Son zamanlar Ermənistan rəsmi şəxslərinin bəyanatlarında rəsmi kazus ortaya çıxır: onlar bəyanatları zamanı öz ölkələrinin yerinə qonşu ölkə, yəni Azərbaycandan istifadə edirlər", - çərşənbə axşamı Trend -a  Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim deyib.

Ermənistan XİN başçısı Edvard Nalbandyan böyük bəyanatlar verərək imzaladığı normaları saymamaqda, silahlanma yarışını ortaya salmaqda, Avropada Adi Silahlanma Müqaviləsində (AASM) nəzərdə tutulmuş silahlanma kvotalarının pozulmasında Azərbaycanı günahlandıraraq qınayıb.

"Azərbaycanın mütəmadi hərbiçi bəyanatları və onun başladığı silahlanma yarışı region üçün təhlükə törədir", - Nalbandyan Varşava Universitetinin tələbə və professor-müəllim heyəti ilə görüşü zamanı deyib.

Azərbaycan XİN mətbuat katibinin sözlərinə görə, Nalbandyanın son bəyanatı istisna hal deyil. "Ermənistan XİN-nin bəyanatını bütün bəndlər üzrə qısaca oxusaq, onun dediklərində hazırkı Ermənistanı görmək olar", - İbrahim bildirib.

"Birincisi, Ermənistan həm öz, həm də Azərbaycanın işğal edilmiş ərazilərində AASM-in bütün elementlərini pozan bir nömrəli ölkədir. İkincisi, hərbi büdcəyə gəlincə, faiz nisbətində Ermənistan silahlanmaya Azərbaycan da daxil olmaqla başqa ölkələrdən daha çox xərc ayırır", - İbrahim qeyd edib.

SSRİ dağıldıqdan sonra üç Zaqafqaziya ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan 17 il bundan əvvəl imzalanmış AASM-yə uyğun eyni kvota - 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya sistemi, 100 təyyarə və 50 vertolyot alıblar.

Zaqafqaziyanın hər üç ölkəsinə məxsus KİV-in bu il nəşr etdiyi məlumatlara görə, Azərbaycanın 261 tankı var. Bu nəşrlərin əksəriyyətində mənbə kimi Müdafiə Nazirliyi göstərilir.

Azərbaycan Ermənistanı silahlanma limitini ən azı 70 vahid ötməkdə günahlandırır. Azərbaycanda Ermənistanın AASM-in müəyyən etdiyi məhdudiyyətləri ötməsi haqqında faktlar var

və bizdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində 300-dən çox zirehli maşının yerləşdirilməsi haqqında məlumat var.

"Regional təhlükəsizlik və sabitliyə gəlincə, Ermənistan aqressor və hərbi işğalçı kimi regional təhlükəsizlik sistemini tam məhv edib", - İbrahim əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti