...

Azərbaycan diasporunun nümayəndələri Çexiyada erməni fotoqrafın kitabının təqdimat mərasiminin keçirilməsinin qarşısını alıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2009 13:37 (UTC +04:00)
Azərbaycan diasporunun nümayəndələri Çexiyada erməni fotoqrafın kitabının təqdimat mərasiminin keçirilməsinin qarşısını alıblar

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan diasporunun nümayəndələri martın 3-də etiraz aksiyası keçirərək, Praqada erməni fotoqraf Qarik Avanesyanın Dağlıq Qarabağın tarixi ilə bağlı şəxsi versiyasını açıqladığı kitabın təqdimat mərasiminin keçirilməsinin qarşısını alıblar.  

Diasporlarla İş üzrə Dövlət Komitəsinin çərşənbə günü yayılan məlumatında bildirilir ki, mitinq Çexiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub.

Mitinqdə Xocalı faciəsi ilə bağlı plakatlar nümayiş etdirilib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə şuarlar səsləndirilib. Mitinq iştirakçıları Ermənistandan Azərbaycana qarşı təcavüzü dayandırmağı tələb ediblər.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Mitinqçilər həmin təqdimat mərasiminin iştirakçıları, eləcə də meydandan keçənlərə "Dağlıq Qarabağ barədə bilməli olduğunuz 10 məsələ" adlı bukletlər və təqribən 500-ə yaxın məlumat vərəqi paylayıblar.

Aksiyada soydaşlarımızla yanaşı digər MDB ölkələrinin, Türkiyə və Çexiyanın vətəndaşları da iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti