...

Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2009 12:40 (UTC +04:00)
Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq - səfir

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir R.Hafizoğlu /

"Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan məlumatlandırılır və Terkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addım atmayacaq"- deyə  çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.

"Sərhədlərin açılması haqda məlumat  ancaq KİV də  yer  alır. Türkiyənin  Azərbaycana  qarşı siyasəti dəyişmayib "-deyə səfir  əlavə edib.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Yerevan tərəfindən başlanılmış uydurma söyqırımın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti