...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli yardım etməyə hazırdır – dövlət katibi Hillari Klinton

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2009 12:58 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli yardım etməyə hazırdır – dövlət katibi Hillari Klinton

Novosti Armeniya-nın yazdığına əsasən, Ermənistan Xarici Siyasət İdarəsinin mətbuat xidməti xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun Ermənistan xarici işlər naziri Edvard Nalbandyana ünvanlandığı məktubda Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli yardım etməyə hazır olduğunu bildirilir.

Məlumatda deyildiyi kimi, dövlət katibinin məktubunu Nalbandyanla görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza təqdim edib.

Məktubda Hillari Klinton Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığını xoş sözlərlə xatırlayaraq Ermənistan-Amerika dost münasibətlərinə, regional məsələlərə və Ermənistan-Türkiyə münasibətlərinin həlli yollarına müraciət edib.

Görüş zamanı Nalbandyan və Brayza Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti