...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2009 09:42 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 29-da saat 20.30-dan 20.40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonu ərazisində adsız yüksəkliklərdə yerləşən mövqelərini, martın 30-da saat 02.40-dan 02.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.  

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti