...

Azərbaycanın üzləşdiyi işğal faktoru bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir – milli təhlükəsizlik naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2009 17:54 (UTC +04:00)
Azərbaycanın üzləşdiyi işğal faktoru bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir – milli təhlükəsizlik naziri

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir.

"Azərbaycanın üzləşdiyi işğal faktoru nəzarətsiz ərazilər problemi baxımından nəinki Azərbaycanın, eyni zamanda bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir və münaqişənin tezliklə həll olunması vacibdir", - Mahmudov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə cümə axşamı keçirdiyi görüşdə deyib. Bu barədə Trend -a Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.   

Trend -un arayışı:  İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Görüşdə nazir, həmçinin regionda gedən proseslər, beynəlxalq terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli təzahürlərinə qarşı aparılan mübarizə tədbirləri və onların konkret nəticələri barədə məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti