...

Ermənistan Prezidenti RF-yə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinə görə təşəkkürünü bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 15:54 (UTC +04:00)
Ermənistan Prezidenti RF-yə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinə görə təşəkkürünü bildirib

Ermənistan Prezidenti Serj Sarkisyan bu gün rusiyalı həmkarı Dmitri Medvedyevlə görüş zamanı Rusiya tərəfinə Dağlıq Qarabağ münaqişəsinin hüquqi həlli istiqamətində nümayiş etdirdiyi dəyişməz mövqeyinə görə təşəkkürünü bildirib. Məlumatı RİA Novosti informasiya agentliyi yayıb.

"Rusiyaya və şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara görə minnətdaram. Qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sizin mövqeyiniz dəyişməz olaraq qaldı", - Sarkisyan deyib.

Ötən həftə Moskvada Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və birsıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Danışıqlardan sonra mətbuat konfransında münaqişə ilə bağlı tərəflərin mövqeyini yaxınlaşdırmaq cəhdlərinə görə Azərbaycan Prezidenti Rusiyaya minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti