...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2009 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 23.35-dən 23.41-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 25-də saat 00.20-dən 00.40-dək, 05.50-dən 05.55-dək və 06.20-dən 06.25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend

Xəbər lenti

Xəbər lenti