...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2009 09:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 29-da saat 07.55-dən 08.10-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Xəbəri Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bütün hallarda düşmən javab atəşilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti