...

Anarın qulluq etdiyi hərbi hissədə heç bir problem olmayıb - ermənilərə əsir düşən əsgərin anası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2009 21:23 (UTC +04:00)
Anarın qulluq etdiyi hərbi hissədə heç bir problem olmayıb - ermənilərə əsir düşən əsgərin anası

Azərbaycan, Bərdə, 11 may / Trend müxbir Ş.Cəliloğlu/

Bu yaxınlarda Anarla telefon danışığım olub və bildirib ki, heç bir problem yoxdur. Bunu Trend müxbirinə açıqlamasında bazar ertəsi səhər ermənilərə Əsir düşən Azərbaycan ordusu əsgəri Anar Hacıyevin anası deyib. Nailə Hacıyevanın sözlərinə görə, övladı qulluq etdiyi hərbi hissədə heç bir problemin olmadığını söyləyib.

"Anarın hərbi xidmətinin müddəti altı aydan sonra bitməli idi. Bir həftə öncə telefon danışığı zamanı o mənə demişdir ki, 10 gündən sonra məzuniyyətə evə gələcək", - deyə əsgər anası bildirib.

Hacıyevanın sözlərinə görə, sonuncu dəfə o oğlu ilə Novruz bayramı ərəfəsində görüşüb.

Əsgərin anası həmçinin bildirib ki, Anar son üç ili Rusiyada yaşayıb: "18 yaşı bitəndən sonra isə o könüllü olaraq Azərbaycan ordusuna hərbi qulluğa yöllanıb".

Bazar ertəsi səhər Azərbaycan ordusunun əsgəri Anar Hacıyevin qoşunların Füzuli rayonunda təmas xəttində ermənilərə əsir düşüb.

Mənbələrin məlumatına görə, Göranboy rayonunun sakini Anar Xanbaba oğlu Hacıyev bəlli olmayan səbəblərdən qoşunların təmas xəttini keçib və Ermənistan ordusunun nəzarət etdiyi əraziyə düşüb.

Anar Hacıyev ötən il Göranboy hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətinə çağırılıb.

Xəbər lenti

Xəbər lenti