...

Əsir götürülmüş Azərbaycan hərbçisinin geri qaytarılması üçün tədbirlər görüləcək - Dövlət Komissiyasının katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2009 10:45 (UTC +04:00)
Əsir götürülmüş Azərbaycan hərbçisinin geri qaytarılması üçün tədbirlər görüləcək - Dövlət Komissiyasının katibi

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir K.Zərbalıyeva /

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun hərbçisinin əsir götürülməsi haqqında məlumatı təsdiqləyib.

Komissiyanın katibi Şain Sailov çərşənbə axşamı Trend -a bildirib ki, mayın 10-da əsir götürülmüş Anar Hacıyevin qaytarılması üçün müvafiq tədbirlər görüləcək.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Anar Hacıyev mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb.

Goranboy rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə çağırılan Hacıyevin hansı şəraitdə əsir götürüldüyü hələlik məlum deyil.

Trend -a müsahibəsində əsirin anası Nailə Hacıyeva bildirib ki, son telefon danışığında övladı qulluq etdiyi hərbi hissədə heç bir problemin olmadığını söyləyib.

"Anarın hərbi xidmətinin müddəti altı aydan sonra bitməli idi. Bir həftə öncə telefon danışığı zamanı o mənə demişdi ki, 10 gündən sonra məzuniyyətə evə gələcək", - deyə əsgərin anası bildirib.

Hacıyevanın sözlərinə görə, sonuncu dəfə o, oğlu ilə Novruz bayramı ərəfəsində görüşüb.

Əsgərin anası həmçinin bildirib ki, Anar son üç ili Rusiyada yaşayıb: "18 yaşı olandan sonra isə o, könüllü olaraq Azərbaycan Ordusuna hərbi qulluğa yöllanıb".
Hazirda Ermənistanda Azərbaycan Ordusunun bir əsgəri əsirlikdədir.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 2008-ci il oktyabrın 8-də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti