Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 17.50-dən 18.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 21.00-dək və mayın 21-də saat 01.10-dan 01.15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.35-dək Füzuli rayonunun yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.