...

Ermənistan sülh prosesinin gedişatına mənfi təzyiq göstərməyə başlayıb – Azərbaycanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2009 10:46 (UTC +04:00)

Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadığova /

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində gündəlikdə həll edilməmiş qalan məsələlərin müzakirəsini Sankt-Peterburqda davam etdirəcəklər. Bu barədə Trend -a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Dəməşqdə İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası keçirilir. Azərbaycanın xarici işlər naziri Məmmədyarov da bu iclasda iştirak edir.

"Tərəflər arasında müzakirələr Praqa görüşünün davamı olaraq nəzərdə tutulmuş gündəlik çərçivəsində aparılacaq", - o deyib. 

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Sarj Sarkisyan növbəti dəfə iyunda Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda iştirak çərçivəsində görüşməyi planlaşdırırlar.
"Əlbəttə, prezidentlər müzakirələr üçün toxunulmuş hər mövzunu müzakirə edəcəklər, lakin mən indi Ermənistan tərəfindən konstruktivizm notlarını çox eşitmək istərdim. Regionda yeni vəziyyətin inkişaf etməsinə baxmayaraq, Ermənistan, təəssüf ki, sülh prosesinin gedişatına mənfi təzyiq göstərməyə başlayıb", - Məmmədyarov qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Biz sülh prosesində Ermənistanın keçmiş administrasiyası ilə nəsə əldə etmişik [Köçəryanın hakimiyyəti dövründə], Ermənistanın hazırkı administrasiyası ilə heç nəyə nail olmamışıq. Mən danışıqlarda iştirak edən insan kimi mövcud məsələlərdə hətta hansısa irəliləyişlər əldə etməyimizlə belə lovğalana bilmərəm", - deyə Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Ermənistanda yeni şəxsin hakimiyyətə gəlişindən sonra, tərəflər "hətta bir zərrə qədər də irəliləməyiblər".

Xəbər lenti

Xəbər lenti