...

Pis sülh müharibədən yaxşıdır – azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2009 18:43 (UTC +04:00)
Pis sülh müharibədən yaxşıdır – azərbaycanlı deputat

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.Sadıxova /

"İstənilən pis sülh müharibədən yaxşıdır", - cümə günü Xankəndində azərbaycanlı deputat Asim Mollazadə deyib. Bu barədə erməni KİV-i məlumat verir.

"Bu gün iki ölkə - Azərbaycan və Ermənistanın, iki xalqın sülhə nail olmaq üçün böyük imkanları var. Bunun üçün Cənubi Qafqazı sabitlik, sülh və çiçəklənmə regionu kimi yaratmağa imkan verəcək ciddi iş, qərarlar axtarışı lazımdır. Bu istiqamətdə Azərbaycan da, Ermənistan da çalışmalı, beynəlxalq təşkilatlar isə onlara sülh axtarışında yardımçı olmalıdır", - Mollazadə bildirib.

"Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib", - erməni KİV-i məlumat verir.

Mollazadə deyib ki, hazırda danışıq prosesi gedir və ciddi irəliləyiş var.

"Məncə Moskva qətnaməsinin bağlanmasından sonra sülhə nail olmaq üçün xeyli addımlar atılıb", - müxalifətçi deputat bildirib. O qeyd edib ki, onun Xankəndində olması sülhdə yalnız hökumətin deyil, Azərbaycan müxalifətinin də maraqlı olmasını göstərir.

"Evlər, yollar tikmək olar, amma ən qiymətli olan insan ömrünü heç kim geri qaytara bilməz və biz bütün insan itkilərinin yerini doldura bilməyəcəyik. Ona görə də sülhün bərqərar olunması vacibdir", - Mollazadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti