...

ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi görüşü iyulun 25-26-da Krakovda baş tutacaq - Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2009 17:16 (UTC +04:00)
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın payız görüşünün hazırlanması üçün işçi görüşü iyulun 25-26-da Krakovda (Polşa) baş tutacaq", - Trend News-a rusiyalı həmsədr Yuri Merzlyakov deyib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin işçi görüşü iyulun 25-26-da Krakovda baş tutacaq - Merzlyakov

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir E.Tariverdiyeva /

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın payız görüşünün hazırlanması üçün işçi görüşü iyulun 25-26-da Krakovda (Polşa) baş tutacaq", - Trend -a rusiyalı həmsədr Yuri Merzlyakov deyib.

"Mən ümid edirəm ki, oktyabrın əvvəlində Kişinyovdakı görüşdə prezidentlərin Moskva görüşü zamanı əldə edə bilmədiklərinə nail olmaq mümkün olacaq", - telefonla Moskvadan Merzlyakov bildirib.

Oktyabrın əvvəlində Kişinyovda MDB dövlət başçılarının növbəti görüşü baş tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Sarkisya iyulun 17-18-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə danışıqlar aparıb.

Bu, bir il ərzində prezidentlərin 6-cı görüşüdür. Prezidentlərin bundan əvvəlki görüşü iyunun 4-də Sankt-Peterburqda keçirilmiş iqtisadi forumda baş tutub. Mayın 7-də Praqada keçirilən görüş prezidentlər arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüşü olub. Üçüncü görüş Sürixdə bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.

"Prezidentlərin Moskvadakı ikitərəfli görüşünü RF Prezidenti Medvedyevlə görüşdən kənarda qiymətləndirmək olmaz", - Merzlyakov hesab edir.

"Məncə, bu görüşlərin gedişində çox maraqlı, ən azından tərəflərin fikir ayrılıqlarını doğuran məsələlərdə açılış nöqtələrini tapmaq mümkün olub. Prezidentlərin məhz üçlükdə gəldikləri maraqlı qərarlar da var. Düşünürəm ki, bu, müsbət nəticə verə bilər", - o bildirib.

Merzlyakovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq üçün sentyabrın ikinci yarısında regiona səfər edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti