...

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan Prezidentlərinin Dağlıq Qarabağ üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2009 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Tarıverdiyeva /

Dünən ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza Bakıya gəlib. Bu, Brayzanın regiona ATƏT-in Minsk qrupunun həmsədri kimi son səfəridir.

"Prezident Obama Sarkozi və Medvedyev kimi Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarının qaytarması ilə bağlı fikirlərimlə bölüşür. Bu barədə onlar iyulda verdikləri birgə bəyanatda bildiriblər", - Brayza deyib. 

"ABŞ Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasını tam dəstəkləyir, - Brayza jurnalistlərə deyib. - Biz bir çox Madrid prinsiplərini işləyib başa çatdırmışıq və onları Krakovdakı görüşdə müzakirə etmişik".

Onun sözlərinə görə, Rusiya tərəfi də Dağlıq Qarabağ münaqişəsinin həllində onunla səmərəli və konstruktiv iş aparıb.

"Minsk qrupunda bizim işimiz həmişə ədalətli və konstruktiv olub, - o deyib. - Minsk qrupu iki prezidentə məsələ üzrə mövqelərini yaxınlaşdırmaqda yardım edib".

Onun fikrincə, prezidentlər çərçivə müqaviləsi imzalamağa yaxındırlar.

ABŞ dövlət katibliyinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ABŞ tərəfdən ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə 2006-cı ilin iyununda təyin olunub. O, bu vəzifədə Stiven Mannı əvəzləyib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti