...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2009 11:37 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 15 avqust / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-də saat 12.15-dən 12.30-dək Ermənistan Respublikasının Noyemberyan rayonu Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, saat 16.35-dən 17.10-dək və 19.40-dan 20.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.15-dən 21.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 15-də saat 01.35-dən 01.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.40-dan 03.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 06.35-dən 06.55-dək Füzüli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti