...

Azərbaycan Milli Ordusunun mövqelərinə hücum edən beş erməni əsgəri ölüb, üçü isə yaralanıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2009 10:47 (UTC +04:00)
Trend News-un Qarabağ bürosunun məlumatına əsasən, cümə axşamı Ağdam rayonunun Gülçülük sovxozu istiqamətində Azərbaycan Milli Ordusunun mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Ermənilərin hücumunun qarşısı alınıb. Atışma nəticəsində beş erməni əsgəri ölüb, üçü isə yaralanıb.
Azərbaycan Milli Ordusunun mövqelərinə hücum edən beş erməni əsgəri ölüb, üçü isə yaralanıb (ƏLAVƏ OLUNUB)

Red: üçüncü abzasda atışmalar barədə əlavə olunub.

Azərbaycan, Bərdə, 10 sentyabr / Trend , Ş.Cəliloğlu /

Trend -un Qarabağ bürosunun məlumatına əsasən, cümə axşamı Ağdam rayonunun Gülçülük sovxozu istiqamətində Azərbaycan Milli Ordusunun mövqeləri Ermənistan Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Ermənilərin hücumunun qarşısı alınıb. Atışma nəticəsində beş erməni əsgəri ölüb, üçü isə yaralanıb.

Quba rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Azərbaycan əsgəri Pərviz Yusubov yaralanıb.

2008-ci ilin mart ayından Azərbaycan mövqelərinə hücumlar nəticəsində Ermənistan Silahlı Qüvvələri 15 əsgərini itirib.

Trend -un Qarabağ bürosunun sonuncu məlumatına əsasən, intensiv atışmanın iki saat davam etməsinə baxmayaraq, axşama kimi Azərbaycanın nəzarət etdiyi ərazilər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin vaxtaşırı atəş açması yenidən müşahidə olunub. Düşmən ordusu təmas xətti yaxınlığında yerləşən kəndlərimizi, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini avtomat və pulmeyotlardan atəşə tutub. Eyni zamanda, düşmən ərazisində yük və təcili yardım maşınlarının fəal hərəkəti müşahidə edilib ki, bu da böyük itkilərin olduğundan xəbər verir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və həmin vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti