...

Rəsmi Bakı Ankara-Yerevan protokolunun imzalanmasından sonra Ermənistanın mövqeyinin müsbət istiqamətə dəyişəcəyinə inanmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2009 11:33 (UTC +04:00)
Rəsmi Bakı Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin bərpası haqqında protokolun imzalanmasının Ermənistanın mövqeyində müsbət dəyişikliklər edəcəyinə inanmır.
Rəsmi Bakı Ankara-Yerevan protokolunun imzalanmasından sonra Ermənistanın mövqeyinin müsbət istiqamətə dəyişəcəyinə inanmır

Azərbaycan, Bakı, 01 oktyabr /Trend New, müxbir Ü.Sadıxova/

Rəsmi Bakı Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin bərpası haqqında protokolun imzalanmasının Ermənistanın mövqeyində müsbət dəyişikliklər edəcəyinə inanmır.

"Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin bərpasına dair protokolun imzalanması əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həllinə və regionun inkişafına təsir edəcək. Lakin mən tələsmək istəmirəm. Biz artıq bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunmadan bu istiqamətdə hər hansı bir addımın atılmasını və protokolların imzalanmasını mümkün saymırıq", - çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Protokolların imzalanması Ermənistanın mövqeyinin dəyişməsinə səbəb ola bilər, lakin çətin ki, bu dəyişikliklər müsbət olsun", - Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti