...

Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz - Türkiyənin sabiq prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2009 20:10 (UTC +04:00)

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Türkiyə-Azərbaycan əlaqələrinə münasibət bildirərək, Ankaranın Bakının maraqlarına zidd addım atmayacağını bildirib. Məlumatı Türkiyənin CİHAN informasiya agentliyi yayıb.

"Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz", - deyə Dəmirəl bildirib.

Dəmirəl onu da qeyd edib ki, Azərbaycan və Türkiyə arasında böhranın olması mümkün deyil və bu iki dövlət bir-biri ilə qardaşdır.

"Türkiyə Azərbaycana nə söz veribsə, onu da edəcək" - sabiq prezident deyib.

Xəbər lenti

Xəbər lenti