...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2009 09:55 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 13.25-dən 13.30-dək və 21.30-dan 21.40-dək Ağdam rayonunun Kəngərli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 13.25-dən 13.30-dək və 21.30-dan 21.40-dək Ağdam rayonunun Kəngərli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.40-dan 20.15-dək və 20.15-dən 20.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21.40-dan 21.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.20-dən 20.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti