...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız münaqişə tərəflərindən asılı deyil – ABŞ Prezidentinin sabiq köməkçisi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2009 12:17 (UTC +04:00)
ABŞ Prezidentinin xüsusi sabiq köməkçisi Mark Mediş hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təkcə münaqişə tərəflərindən asılı deyil. “Klinton administrasiyası zamanı Dağlıq Qarabağa dair danışıqlar üzərində işləyən biri kimi mən əvvəldən hesab etmişəm ki, qarşılıqlı qəbul olunan nizamlanma mümkündür, lakin təəssüf ki, müxtəlif paytaxtlardakı siyasi opportunist fikirlər onu bloklaşdırıb”, - ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avrasiya münasibətləri üzrə 2000-2001-ci illərdə sabiq baş direktoru, hazırda Beynəlxaql sülh naminə Karnegi Fondunun baş məsləhətçisi bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız münaqişə tərəflərindən asılı deyil – ABŞ Prezidentinin sabiq köməkçisi

ABŞ, Vaşinqton, 14 noyabr / Trend , müxbir N.Boqdanova/

ABŞ Prezidentinin xüsusi sabiq köməkçisi Mark Mediş hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təkcə münaqişə tərəflərindən asılı deyil. "Klinton administrasiyası zamanı Dağlıq Qarabağa dair danışıqlar üzərində işləyən biri kimi mən əvvəldən hesab etmişəm ki, qarşılıqlı qəbul olunan nizamlanma mümkündür, lakin təəssüf ki, müxtəlif paytaxtlardakı siyasi opportunist fikirlər onu bloklaşdırıb", - ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avrasiya münasibətləri üzrə 2000-2001-ci illərdə sabiq baş direktoru, hazırda Beynəlxaql sülh naminə Karnegi Fondunun baş məsləhətçisi bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Cənubi Qafqazda stabillik şəraiti barədə danışarkən, Mediş bildirib ki, münaqişənin bütün tərəfləri konfrantasiya yolunun olduqca təhlükəli olduğunu və heç kəsin maraqlarına cavab vermədiyini anlayıb.

Onun sözlərinə əsasən, Gürcüstan və Rusiyanın ötən ildə etdiyi şəkildə dondurulmuş münaqişələrin açılması "Pandora qutusu" ola bilər. "Buna görə də bütün regional münaqişələrin lazımı olduğu dərəcədə beynəlxalq vasitəçilər vasitəsilə danışıq və sülh yolu ilə həlli üçün səylər artırılmalıdır", - o bildirib.

Mediş həmçinin ABŞ dövlət katibinın müavini Filipp Qordonun Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistan-Türkiyə protokollarının Türkiyə Parlamentində ratifikasiya olunacağına dair şübhələrinə şərh verib.

"Mənim üçün ABŞ Konqresinin davranışını əvvəlcədən proqnozlaşdırmaq çətindir və buna görə də iki ölkənin parlamentinə dair bəyanatlarımda ehtiyatlı olmaq istərdim. Hər bir halda, Türkiyə-Ermənistan münasibətlərini regional stabillik və inteqrasiya istiqamətində addım kimi alqışlamaq lazımdır", - analitik bildirib.

ABŞ və Rusiyanın təhlükəslik sahəsində münasibətlərinə gəldikdə isə, Mediş bildirib ki, "yenidən yüklənmə" o deməkdir ki, Rusiya və ABŞ konkret əməkdaşlıq sahələri əsasında bu yaxınlardakı gərginliyin azaldılması yollarını öyrənirlər. Onun fikrincə, əməkdaşlığın konkret sahələri, silahlanmanın azalması, Əfqanıstan üzrə əməkdaşklıq və raketəleyhinə müdafiəyə məsələsinə yenidən baxılması barədə razılaşmadır.

"Mənə elə gəlir ki, Azərbaycandakı Qəbələ RLS əvvəlki kimi nəzərdən keçirilmək üçün müvafiq variantdır, eyni zamanda hazırda diqqət Egey dənizində raketəleyihə müdafiə sistemi "Aegis Ballistic Missile Defense System"ə yönəldilib", - Mediş bildirib.

Xəbər lenti

Xəbər lenti