Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 19-da saat 23.35-dən 23.45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.