...

Ermənistan Silahlı Qüvvələri son iki gündə altı dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2009 10:34 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-da saat 15.10-dan 15.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Silahlı Qüvvələri son iki gündə altı dəfə atəşkəsi pozub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 15.10-dan 15.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin gün Ermənistan Silahlı Qüvvələri saat 16.30-dan 16.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan 21.45-dək, 21.50-dən 22.00-dək və 23.10-dan 23.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, noyabrın 28-də saat 04.30-dan 04.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti