...

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər - rusiyalı vasitəçi Yuriy Merzlyakov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2009 13:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər. Bu barədə rusiyalı vasitəçi Yuriy Merzlyakov Trend News-a deyib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər - rusiyalı vasitəçi Yuriy Merzlyakov

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir E.Tariverdiyev/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə regiona səfər edəcəklər. Bu barədə rusiyalı vasitəçi Yuriy Merzlyakov Trend -a deyib.

"Görüş zamanı tərəflərlə Madrid sənədinin yenilənmiş redaksiyasının müzakirəsi davam etdiriləcək", - Merzlyakov Moskvadan telefon vasitəsilə deyib.

Həmsədrlərin sözlərinə görə, Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə növbəti görüş gələn ilin əvvəlində keçiriləcək.

"Yeni ilə olduqca az vaxt qalıb, fikirləşirəm ki, dekabrın sonuna kimi prezidentlərin görüşünü hazırlamağı çatdıra bilmərik", - Merzlyakov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti