...

Dağlıq Qarabağ problemi sülh yolu ilə nizamlanmazsa, münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq - Azərbaycanın müdafiə naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2009 12:31 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri hesab edir ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə nizamlanmazsa, münaqişəsinin hərbi yolla həll ediləcəyi qaçılmaz olacaq.
Dağlıq Qarabağ problemi sülh yolu ilə nizamlanmazsa, münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq - Azərbaycanın müdafiə naziri

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri hesab edir ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə nizamlanmazsa, münaqişəsinin hərbi yolla həll ediləcəyi qaçılmaz olacaq.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmayacağı təqdirdə onun hərbi yolla həll ediləcəyi qaçılmaz olacaq", - Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev şənbə günü jurnalistlərə deyib.

"Münaqişəsinin hərbi yolla həlli hər zaman realdır, bunu hamı bilməlidir. Biz danışıqlar prosesinin nəticələrini gözləyirik və hər şey ondan asılı olacaq", - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti