...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2009 10:49 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 18-də saat 14.10-dan 14.20-dək və 14.20-dən 14.30-dək Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 18-də saat 14.10-dan 14.20-dək və 14.20-dən 14.30-dək Ağdam rayonunun Yusifcanlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 16.50-dən 17.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21.50-dən 22.05-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti