...

Ankara Dağlıq Qarabağ problemini "dondurulmuş münaqişələrin" sırasından çıxartmaq istəyir – Türkiyənin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2009 18:47 (UTC +04:00)
Ankara Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişələrin" sırasından çıxartmaq istəyir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd DavudoğluAnkarada keçirilən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı deyib.
Ankara Dağlıq Qarabağ problemini "dondurulmuş münaqişələrin" sırasından çıxartmaq istəyir – Türkiyənin XİN rəhbəri

Ankara Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişələrin" sırasından çıxartmaq istəyir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirilən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı deyib. Məlumatı Türkiyənin TRT-2 telekanalı yayıb.

Onun sözlərinə görə, Ankara Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını istəyir və Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunmasına çalışır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə gəlincə, Davudoğlu Ankara tərəfinin səmimiliyini və ölkənin regionda sülhün bərqərar olması üçün fəaliyyət göstərdiyini bildirib.

Dekabrın 10-da Ermənistan və Türkiyənin XİN rəhbərləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Xəbər lenti

Xəbər lenti