...

Bu ildən etibarən məcburi köçkünlərin Bakının tələbə yataqxanalarından köçürülməsi prosesi başlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2010 13:20 (UTC +04:00)
Bu ildən etibarən məcburi köçkünlərin Bakının tələbə yataqxanalarından köçürülməsi prosesi başlayacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Bu ildən etibarən məcburi köçkünlərin Bakının tələbə yataqxanalarından köçürülməsi prosesi başlayacaq

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir M.Əliyev/

Bu ildən etibarən məcburi köçkünlərin Bakının tələbə yataqxanalarından köçürülməsi prosesi başlayacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın QaçqınlarınMəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda Bakının 60 yataqxanasında 6 100 ailə - 24 min məcburi köçkün yaşayır.

"Bundan əlavə, pansionat və sanatoriyalarda müvəqqəti olaraq 2 836 ailə - 10 min məcburi köçkün yaşayır", - Dövlət Komitəsinin sədri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti