...

Azərbaycan hökumətində məcburi köçkünlər tərəfindən qeyri-qanuni tutulmuş şəxsi evlərin boşaldılması barədə təklif hazırlanıb – Baş nazirin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2010 13:33 (UTC +04:00)
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər tərəfindən qeyri-qanuni tutulmuş şəxsi evlərin boşaldılması barədə təklif hazırlayıb.
Azərbaycan hökumətində məcburi köçkünlər tərəfindən qeyri-qanuni tutulmuş şəxsi evlərin boşaldılması barədə təklif hazırlanıb – Baş nazirin müavini

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər tərəfindən qeyri-qanuni tutulmuş şəxsi evlərin boşaldılması barədə təklif hazırlayıb.

"Azərbaycanda 3 mini Bakıda olmaqla, 6 min məcburi köçkün şəxsi evlərdə qeyri-qanuni yaşayır", - çərşənbə axşamə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov jurnalistlərə deyib. Onun sözlərinə görə, bu evlərdən 300-400-ü təcili boşaldılmalıdır.

"Bu problem yarım il araşdırılıb və onların hansı şərtlərlə məskunlaşdığı hər bir ünvan müəyyən olunub. Biz öz təklifimizi hazırlamışıq və həmin problemi yüksək səviyyədə həll etməyə hazırıq", - Həsənov deyib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində təxminən 1 milyon azərbaycanlı məcburi köçkün olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti