Azərbaycan, Bakı, 02 fevral / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 1-də saat 18.05-dən 18.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.50-dən 22.15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə olan mövqelərdən, saat 18.05-dən 18.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən, saat 15.45-dən 16.00-dək, fevralın 2-də saat 00ş45-dən 01.10-dək fasilələrlə Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16,30-dan 16.45-dək, 20.40-dan 21.10-dək, fevralın 2-də 00.40-dan 00ş55-dək, 02.05-dən 02.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub