...

Azərbaycan Assosiasiyası Xocalı faciəsi haqqında kitabın təqdimat mərasimini keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 14:54 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Xocalı faciəsinə həsr edilmiş kitabın təqdimat mərasimini keçirib.
Azərbaycan Assosiasiyası Xocalı faciəsi haqqında kitabın təqdimat mərasimini keçirib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Xocalı faciəsinə həsr edilmiş kitabın təqdimat mərasimini keçirib.

"Kitab yalnız ingilis dilində çap olunub və xarici oxucular üçün nəzərdə tutulub", - bu barədə kitabın təqdimat mərasimində Asossiasiyanın vitse-prezidenti Vəli Əlibəyov bildirib.

Onun sözlərinə əsasən, ilk kitab "Faciədən bəhs edən iki şəkil" ("Two photo-talks on a tragedy") Mirnaib Həsənoğlu və İlqar Cəfərovun şəkilləri və onların materiallara olan şərhləri əsasında hazırlanıb. "Oxşar kitabların çap olunmasında əsas məqsəd şəkillərin müəlliflərini göstərməkdir, belə ki, ermənilər tez-tez öz təbliğatçılıq məqsədləri üçün bizim şəkillərdən istifadə edirlər", - Əlibəyov bildirib.

Onun sözlərinə əsasən, "Erməni miflərinə qarşı tarixi faktlar" ("Historical facts vs. the Armenian myths") adlı ikinci kitabda tarixən Dağlıq Qarabağı Azərbaycana məxsus olmasını dəstəkləyən xarici alimlər və tarixçilərin işləri təqdim edilib.

AVCİYA Xocalı faciəsini 2006-cı ildən rus və ingilis dillərinə çap edilən "Xocalı- sənədlər, sübutlar" kitabında işıqlandırmağa başlayıb.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti