...

Niderlandda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2010 16:05 (UTC +04:00)
"Xocalıya Ədalət" kampaniyasının Niderland Komitəsi "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası çərçivəsində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbir keçirəcək.
Niderlandda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/

"Xocalıya Ədalət" kampaniyasının Niderland Komitəsi "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası çərçivəsində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbir keçirəcək. Bu barədə Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir fevralın 26-da, 2008-ci ildə Haaqada Azərbaycan-Türkiyə Cəmiyyəti tərəfindən yaradılmış Xocalı faciəsi qurbanlarının abidəsi önünə əklilin qoyulması ilə başlayacaq.

Həmin gün Amsterdam Açıq Universitetində Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı konfrans keçiriləcək. Tədbir Komitə və"Anadolu tələbələri" qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunacaq.

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərovun, almaniyalı qonaq, yazıçı Orxan Arazın, türkiyəli qonaq, şair Yavuz Bülənt Bakilerin çıxışları gözlənilir. Həmçinin Amsterdam Universitetinin müəllimi, pianoçu Sara Krombax matəm konserti verəcək. O, azərbaycanlı müəlliflərin əsərlərini ifa edəcək.

Həmin gün "Xocalıya ədalət tələb edirik" fotosərgisi keçiriləcək, Xocalı faciəsi haqqında sənədli film nümayiş etdiriləcək, "Xocalıya Ədalət" musiqili klipinin təqdimatı olacaq.

"Xocalıya Ədalət" kampaniyasının Niderland Komitəsinin sədri, Kral Ordeni zadəganı Hert fan Dam 2009-cu il il dekabrın 10-da İnsan Hüquqları Günündə başlanmış imza toplanışı kampaniyasının nəticələrini açıqlayacaq - 3 mindən çox imza toplanıb.

"Xocalıya Ədalət" kampaniyasının Niderland Komitəsi 2009-cu ilin sentyabrında eyniadlı informasiya kampaniyasının dəstəklənməsi məqsədi ilə Azərbaycanın diaspor təşkilatları tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti