...

Azərbaycan və Türkiyə XİN-lərinin rəhbərləri telefon danışığı keçiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2010 12:17 (UTC +04:00)

Türkiyə xarici işlər nazirinin müavini Feridun Siniroğlunun cümə günü Bakıya səfərindən bir gün öncə TürkiyəAzərbaycan XİN rəhbərləri Əhməd DavudoğıuElmar Məmmədyarov telefon danışığı keçirib. Bu barədə TRT rus xidməti məlumat verir.

Davudoğlu azərbaycanlı həmkarına Siniroğlunun çərşənbə günü Yerevanda rəsmi şəxslərlə görüşünün nəticələrini bildirib, həmçinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sarqsyan ilə Vaşinqtonda qarşıdakı görüşünə toxunub.

Türkiyə hökumətinin rəhbəri növbəti həftə qarşıda prezident Sarqsyanın, həmçinin, iştirak edəcəyi nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak etmək üçün ABŞ-a yollanacaq.

Davudoğlu, həmçinin, azərbaycanlı həmkarına bildirib ki, Baş nazir Ərdoğanın ATƏT-in Minsk qrpuna daxil olan Fransa Prezidenti ilə görüşü zamanı Ermənistan - Azərbaycan münaqişəsinə böyük yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti