...

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına böyük ümidlər bəsləyir - AŞ Nazirlər Komitəsinin sədri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2010 22:10 (UTC +04:00)

Fransa, Strasburq, 26 aprel /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına böyük ümidlər bəsləyir. Bu fikirləri qurumun Nazirlər Komitəsinin sədri, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey (Micheline Calmy-Rey) AŞ PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavabında deyib.

"Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 15 ildən artıqdır ki, öz doğma torpaqlarından didərgin düşüb. Bu qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmaq üçün dəstək gözləyirlər. Azərbaycanın bu əraziləri hələ də Ermənistanın işğalı altındadır. AŞ Nazirlər Komitəsinin sədri kimi bu istiqamətdə hansı addımları ata bilərsiniz və onlara hansı formada kömək edə bilərsiniz?" - deyə millət vəkili bildirib.

"Təbii ki, qaçqın və məcburi köçkünlərin probleminin həll olunması imkanları, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır və hazırda ATƏT-in Minsk qrupu bu münaqişənin həllinə səy göstərir. Avropa Şurası bu münaqişənin sülh yolu ilə həll olunmasını gözləyir və buna böyük ümidlər bəsləyir. Bundan sonra artıq qaçqın və məcburi köçkünlər məsələsi tam həll olunmasa da, belə ki, buna vaxt lazım olacaq, lakin bu məsələnin həllini ümumilikdə münaqişənin nizamlanması kontekstinə daxil etmək olar", - Nazirlər Komitəsinin sədri bildirib.

İsveçin Xarici işlər naziri Mişlin Kalmi-Rey Türkiyə-Ermənistan yaxınlaşmasının son nəticələrini nəzərə alaraq, Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanın hər iki ölkə və Avropa üçün çox önəmli olduğunu demişdir.

"AŞ bəzi ölkələr arasındakı ayrılıqlardan təəssüf hissi keçirir. Türkiyədə qanunsuz yaşayan ermənilərin ölkədən çıxarılması ilə bağlı deyilən fikirləri iki ölkə arasındakı çətin yaxınlaşma prosesi çərçivəsinə daxil etmək lazımdır. Hər iki ölkə Zürixdə  ikitərəfli münasibətlərin yenidən qurulmasını nəzərdə tutan iki protokol imzaladılar.  Bu sözügedən ölkələr, eləcə də Avropa üçün çox önəmlidir. Lakin keçən həftə Ermənistanın tərəfi bununla bağlı bir siqnal verdi və bunu ciddi qəbul etmək lazımdır. Tərəddüdləri aşmağın vaxtı çatıb"- Kalmi-Rey demişdir.  

Xəbər lenti

Xəbər lenti