Azərbaycan, Bakı, 27 aprel /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 26-da saat 20.10-dən 20.30-dək Ermənistanın Noyemberyan rayonunun Şavarşavar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəcli kəndində yerləşən mövqelərimizi;
- saat 20.20-dən 20.40-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Haçılı kəndində yerləşən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub