...

Qarabağ Azadlıq Təşkilatı Şuşanın ilhaq gününün "İşğalçılara nifrət günü" kimi qeyd olunmasını təklif edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2010 14:30 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) idarə heyətinin iclasında 8 may - Şuşanın ilhaq gününün "İşğalçılara nifrət günü" kimi qeyd olunması qərara alınıb. Bu barədə Trend-ə QAT-ın mətbuat xidmətindən məlumat verilib.
Qarabağ Azadlıq Təşkilatı Şuşanın ilhaq gününün "İşğalçılara nifrət günü" kimi qeyd olunmasını təklif edib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Hüseynbala/

Qarabağ Azadlıq Təşkilatı (QAT) idarə heyətinin iclasında 8 may - Şuşanın  ilhaq gününün "İşğalçılara nifrət günü" kimi qeyd olunması qərara alınıb. Bu barədə Trend-ə QAT-ın mətbuat xidmətindən məlumat verilib.

Qərara əsasən, həmin gün Bakıda və bölgələrdə Şəhidlər Xiyabanının ziyarət edilməsi, işğalçı Ermənistanın bayrağının, terrorçu rəhbərlərinin şəkillərinin yandırılması və digər tədbirlər nəzərdə tutulur.

QAT hesab edir ki, Şuşa Qarabağın simvolu, Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biri olduğuna görə, məhz həmin gündə işğalçılara nifrətin xüsusi şəkildə ifadə edilməsi məqsədəuyğundur.

"Düşmənin xalqımıza qarşı törətdiyi cinayət və vəhşiliklər unudulmamalı, işğalçı ermənilərə qarşı nifrət və intiqam hissi gücləndirilməlidir", - qərarda deyilir.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti