...

Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutarsa, nəticəli ola bilər - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2010 17:20 (UTC +04:00)
Moskvada Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunan MDB-nin qeyri-formal sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutarsa, nəticəli ola bilər.
Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutarsa, nəticəli ola bilər - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Moskvada Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunan MDB-nin qeyri-formal sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutarsa, nəticəli ola bilər. Bu barədə cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, görüş baş tutmasa, bu, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimlənməsindən yayınması deməkdir.

"Beləliklə, Ermənistan 20 il ərzində ona himayədarlıq etmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyinin kürəyini yerə vurmuş olur", - Əhmədoğlu bildirib.

Politoloq hesab edir ki, Moskvada keçirilməsi nəzərdə tutulan görüş Ermənistan üçün deyil, həmsədrlər üçün sınaq görüşüdür. "Həmsədrlərin Azərbaycana, Cənubi Qafqaz regionuna, təhlükəsizlik və sabitlik ideallarına, özlərinin vasitəçilik missiyasına bütün münasibətləri bu görüşdən sonra meydana çıxacaq", - o bildirib.

Əhmədoğlunun fikrincə, məhz bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Ermənistanın davranışı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində alternativ vasitələrin, yəni regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi istiqamətində addımlar və müharibə, fəaliyyətə başlamasını  müəyyənləşdirəcək.

"Ona görə də müharibə olacağı təqdirdə bunun məsuliyyəti Ermənistanın və vasitəçi dövlətlər olan Rusiya, Fransa və ABŞ-ın üzərinə düşəcək", - Mərkəzin sədri hesab edir.

Xəbər lenti

Xəbər lenti