...

Ermənistan silahlı qüvvələri dörd istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2010 10:27 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri son iki gündə dörd istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri dörd istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələri son iki gündə dörd istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 17-də saat 21:00-dan 21:30-dək və 22:45-dən 23:00-dək Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 23:45-dən 23:50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Həmçinin, iyunun 18-də saat 00:05-dən 00:18-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 03:25-dən 03:40-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti