Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan hərbçiləri iyunun 20-də saat 08:50-dən 10:45-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21:40-dan 21:45-dək və 21:45-dən 22:00-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.