...

Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülməlidir - Minsk qrupunun həmsədrləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2010 04:48 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) çərşənbə günü Avstriyanın paytaxtı Vyanada qrupun üzvləri ilə görüşüblər. Bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülməlidir - Minsk qrupunun həmsədrləri

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir R.Daraxşan/

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) çərşənbə günü Avstriyanın paytaxtı Vyanada qrupun üzvləri ilə görüşüblər. Bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlardakı son inkişaflar, o cümlədən iyunun 17-də Sankt Peterburqda keçirilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü, iyulun 17-də keçirilən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü və Minsk qrupunun həmsədr ölkələrinin Muskoka və Almatıda etdiyi birgə bəyanatlar haqqında Minsk qrupunu məlumatlandırıblar.

Həmsədrlər qeyd edib ki, münaqişə tərəflərinin indiyə kimi etdiyi cəhdlər onların ziddiyyətlərini aradan qaldırmaq üçün kifayət etməyib və atəşkəs rejiminin möhkəmləndirilməsi və kompromis ruhunun nümayiş etdirilməsi üçün əlavə tədbirlər görülməlidir.

Tərəflərin səylərinə yardım etmək üçün, həmsədrlər sentyabr ayının əvvəllərində regiona səfər etmək niyyətindədirlər, bəyanatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti