...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2010 10:46 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, düşmən hərbçiləri avqustun 2-də saat 23:20-dən 23:40-dək və 23:30-dan 23:55-dək Ağdam rayonunun Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 22:50-dən 22:55-dək və avqustun 3-də saat 04:50-dən 05:20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti