...

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2010 10:13 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 5-də saat 15:20-dən 15:50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:25-dən 20:55-dək, 22:50-dən 23:05-dək və 23:25-dən 23:55-dək Tərtər rayonunun Seysulan, Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21:30-dan 23:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 6-da saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələirnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti