...

Türkiyənin xüsusi komissiyası Ağrı dağına Ermənistan və qondarma "DQR"in bayraqlarının sancılması faktını araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2010 19:12 (UTC +04:00)
Ankarada xüsusi komissiya Türkiyənin şimal-şərqində Ağrı dağının zirvəsinə ABŞ və Kanada alpinistləri tərəfindən Ermənistan və qondarma "DQR"in bayraqlarının sancılması faktını araşdırmağa başlayıb. Xəbəri "Hürriyyet" qəzeti yayıb.
Türkiyənin xüsusi komissiyası Ağrı dağına Ermənistan və qondarma "DQR"in bayraqlarının sancılması faktını araşdırır

Ankarada xüsusi komissiya Türkiyənin şimal-şərqində Ağrı dağının zirvəsinə ABŞ və Kanada alpinistləri tərəfindən Ermənistan və qondarma "DQR"in bayraqlarının sancılması faktını araşdırmağa başlayıb. Xəbəri "Hürriyyet" qəzeti yayıb.

ABŞ-dan doqquz, Kanadadan iki olan alpinist öz bloqlarında Türkiyə dağında Ermənistan və separatçı "DQR"in bayraqlarını qaldırdıqlarını əks etdirən fotoşəkillər yerləşdiriblər. Foroşəkillər antitürk yazıları ilə müşayiət olunub.

Türkiyə Alpinistlər Federasiyasının rəhbəri Ələddin Qaraca bəyan edib ki, alpinistlər rəsmi icazə almayıblar və Ağrı dağına qeyri-qanuni qalxıblar.

Qaracanın sözlərinə görə, federasiya alpinistlərin sorğusuna rədd cavabı verib və onlar ölkə ərazisinə Gürcüstandan keçiblər.

Türkiyə və Ermənistan arasında sərhəd 1993-cü ildə Yerevanın dünyada "erməni genosidi"nin tanınmasına iddiası və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti